Gündəm Özəl

“Bu, Azərbaycanın işığının və gələcəyinin söndürülməsi prosesidir” — Sabiq deputat Mədəniyyət Nazirliyindəki həbslərdən DANIŞDI

“Bu, Azərbaycanın işığının və gələcəyinin söndürülməsi prosesidir” — Sabiq deputat Mədəniyyət Nazirliyindəki həbslərdən DANIŞDI

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirdi. Düzü, bir neçə belə qalmaqallı həbslərin şahidi olmuşuq. Həbs olunmuş şəxslərin əmlakları haqqında kifayət qədər böyük araşdırmalar, məlumatlar da kütləvi surətdə paylaşılıb. Yəni, nəticə etibarilə bu yenilik deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Nazim Baydəmirli deyib. O qeyd edib ki, zaman-zaman belə tədbirlər həyata keçirilib:

“Belədə, rüşvət və korrupsiya bir növ dövlət məmurunun həyat tərzidir. Mən bu tədbirləri adətən kiminsə daha yuxarıdan yerləşmiş “himayədarının” vəzifədən çıxarılmasından sonra başlanan addımlar kimi qiymətləndirirəm. Yaxud da, həmin nazirliklərin öz daxilində olan proseslərlə əlaqələndirirəm.

Fikrimcə, bu, o zamanadək davam edəcək ki, cəmiyyət məmurlardan hesab sormayacaq. Məmur kiminsə dostu, tanışı, bibisi oğlu, xalası oğlu, qudası olmayacaq. Təəssüf ki, bizdə bu prinsiplərlə vəzifəyə adamlar gətirilir. Qabiliyyətinə, savadına bacarığına görə deyil. Ona görə də, gənclər hər il ölkəni tərk edir və başqa ölkələrdə özünə həyat qurur. Bu da Azərbaycanın beyin axınıdır. Azərbaycanın işığının, gələcəyinin söndürülməsi prosesidir. Buna münasibətim pisdir. Ona görə də, hesab edirəm ki, elə bir şərait olmalıdır ki, gənclər qabiliyyətinə görə irəli çəkilsin, qohumluq münasibətlərinə görə vəzifəyə təyinat olmasın”.

Nəzrin Demokrat.az

D
demokrat.az