Gündəm Özəl

“Rusiya telekanallarının təxribatının arxasında kim dayanır?” — ŞƏRH

“Rusiya telekanallarının təxribatının arxasında kim dayanır?” — ŞƏRH

“Rusiya telekanallarının son günlərdə izlədiyi tendensiya Rusiya Prezidenti Administrasiyasından gələn tezislər üzərində qurulub”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

“Bu tezisləri Rusiya prezidenti Vladimir Putin birbaşa “Valday” klubunun görüşməsində açıqladı. Biz prezidentin dilindən tamamən bariz bir şəkildə Rusiyanın Qarabağın Ermənistan tərəfindəki mövqeyini müdafiə edəcəyini eşitdik. Bunun başlıca səbəbi Vaşinqtonun və yaxud Qərbin Qarabağ probleminin həlli yönündə hazırladığı plana əks plan hazırlamaqdır. İlk növbədə isə Ermənistan ictimaiyyətinə təsir göstərməkdir.

“Rusiya telekanallarının təxribatının arxasında kim dayanır?” — ŞƏRH
Biz bilirik ki, Rusiyada yaşayan ermənilər birbaşa Ermənistanın əhalisinə təsir göstərməyə qadirdilər. Rusiyada yaşayan ermənilər sayəsində, bunun Zatulini, Simoyanı, Babayanı olsun və s. onların simasında Ermənistandakı əhaliyə təsir göstərərək həqiqətlə barışmamağa, Qarabağı itirməməyə, status məsələsi ilə bağlı və s. şərtlərə ancaq Rusiya vasitəsilə nail ola biləcəyini iddia etməkdir. Və bunun nə qədər müvəqqətli olub-olmayacağını, əlbəttə zaman göstərəcək. Amma müharibədən sonra keçirilən seçkilərdə Paşinyanın yenə də qalib gəlməsi onu göstərdi ki, Ermənistan əhalisi Rusiyanın təsiri altından çıxmağa çalışır. Sadəcə Paşinyan rejimi deyil, ümumiyyətlə, ermənilər də Rusiyanın təsiri altından çıxmağa çalışırlar. Simonyan kimi erməni propaqanistləri, eləcə də Zatulin kimi erməni lobbisinin ölkəyə girişinə qadağan edilməsi bunun bariz nümunəsidir”.

Aynurə Demokrat.az

D
demokrat.az