Siyasət

İran hərbçiləri tək şərti olaraq Arazdan keçməyə cəhd etmir, həm də ölkə daxilində xüsusi əməliyyat aparır

İran hərbçiləri tək şərti olaraq Arazdan keçməyə cəhd etmir, həm də ölkə daxilində xüsusi əməliyyat aparır

Bir müddətdir artıq bəzi media resurslarında tezliklə ölkədəki İran agenturasından təmizləmə prosesinə başlayacağı haqqında məlumatlar yayılır.

İlk dəfə bu məlumatın yayılması ərəfəsində baş verən bir neçə hadisənin təhlili onu göstərir ki, İran sərhədləri təkcə şərti olaraq təlimdə Arazdan keçməyə cəhd etməyib, həm də ölkə daxilində xüsusi əməliyyat da aparıb.

Ölkədəki İran agentura şəbəkəsi İranın Ermənistanla yaxınlığı fonunda həm də erməni agentura şəbəkəsidir.

Çünki Ermənistan və İranın xüsusi xidmət orqanlarının əməkdaşlıq sazişi tam miqyaslı mübadilə nəzərdə tutur.

İran agentura şəbəkəsinin isə təmizləmə xəbərləri fonunda “əhli beyt təhqir olunub” təbliğatı ilə məsləni dini kəsimlə qarşıdurmaya hesablanmış müstəviyə çəkməyə cəhddir.

Bundan öncə “polis Allahı söymüşdür” təbliğatının diğər formasıdır və dindarların ülvi hisslərinin, səmimi sevgisini istismar etməklə siyasi hədəflərə çatmaq üçün qurulan çirkli təbliğatdır.

Yeganə Hacıyeva politoloq visiontv.az

D
demokrat.az