Cənubi Koreyanın paytaxtı Seulda “Hellouin” (“Halloween”) bayramını qeyd etməyə toplaşanlarfaciə yaşayıblar.
Belə ki, şənliyi meydanda davam etdirmək istəyən şəxslər konsert zalını tərk edərkən çıxışda izdiham yaşanıb.
Sıxlıq nəticəsində insanlar kütləvi şəkildə boğulmağa başlayıblar.
İnsiident nəticəsində 149 nəfər həyatını itirib.
Hadisə yerinə onlarla təcili tibbi yardım xidmətinin briqadaları cəlb edilib.
Hələlik hadisənin digər təfərrüatları məlum deyil.


