“Rusiya nəyin bahasına olursa-olsun sülh sazişinin imzalanmasında vasitəçiliyi Avropa İttifaqına və ABŞ-a vermək istəmir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
“Əvvəlcədən aydın idi ki, noyabr ayında Brüsseldə planlaşdırılan görüş ərəfəsində mütləq Putin belə bir təşəbbüslə çıxış edəcək və Ermənistan mətbuatı da yazdı ki, guya Rusiyanın təqdim etdiyi variant Ermənistanı qane etmir. Paşinyan da guya yaxın ətrafına deyib ki, hətta hakimiyyəti itirsəm belə, o sazişə qol çəkmərəm. Ancaq Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunda dünən səsləndirdiyi təxribatçı bəyanat göstərdi ki, vəziyyət o qədər də sadə deyil. Bu gün yenə də mətbuatda Paşinyanın Rusiyanın təklifinə razı olması barədə məlumat getdi və özünün bəyanatı yer aldı”. 
“Burada əsas söz sahibi Azərbaycandır və vasitəçini də Azərbaycan seçəcək. Rusiyanın təqdim etdiyi layihə Putinin dünənki forumda səsləndirdiklərinə uyğundursa, bu, qətiyyən Azərbaycanı qane etmir. Bir daha təkrar etmək istəyirəm, Putin son dərəcə yanlış və təxribatçı bəyanatla çıxış etdi. İddia etdi ki, “Vaşinqton layihəsi” Azərbaycanın Qarabağ üzərində suverenlyini nəzərdə tutur. Ermənilər istəyirsə, mən də etiraz etmirəm. Başqa layihə ola bilərmi ki, orada Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutulmasın və bunu Azərbaycan qəbul etsin? Bu cür bəyanatı verən adam ya siyasətçi deyil, ya təxribatçıdır, ya da ermənilər qəbul edə bilməyəcəyi bir layihə hazırlayıb və dünənki bəyanatı verməklə, ermənilər də özünə qarşı müsbət rəy formalaşdırmaq istəyir. Ümid edək ki, üçüncüdür. Çünki Azərbaycanı qane etməyən hər hansı layihənin heç cür qəbul olunması şansı yoxdur. Ermənistanın qəbul olunan layihənin qəbul olunması tamamilə realdır. Çünki Ermənistanın gücü yoxdur və ona təzyiq göstərib istənilən layihəni ona qəbul edirmək olar. Ancaq sülh sazişini Azərbaycan qəbul etməlidir və layihə də Azərbaycanı qane edən layihə olmalıdır. Soçidə çox ciddi mübarizə gözlənilir. Əgər Putin dünənki bəyanatda səsləndirdiyi xətti davam etsə, Soçidə hər hansı nəticəni gözləmək mümkün olmayacaq “.
Aynurə Demokrat.az


