Hadisə

Avtomobil məktəbliləri vurdu, xəsarət alanlar var

Avtomobil məktəbliləri vurdu, xəsarət alanlar var

Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 4 məktəblini vurub.

Onlardan ikisi xəsarət alıb

Xəsarət alanlar xəstəxanaya yerləşdirlib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

D
demokrat.az