Kriminal Özəl

Bakıda kişi kafedə pivə “bokal” ını tanışının başında sındırdı — TƏFƏRRÜAT

Bakıda kişi kafedə pivə “bokal” ını tanışının başında sındırdı — TƏFƏRRÜAT

Bakının Səbail rayonunda 1984-cü il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Valehlə (adlar şərti verilib – red.) dava edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 18-də, saat 23.00-da rayonu, Salyan yolu küçəsi-2 ünvanında yerləşən “Nilay” kafesində baş verib.

Kafedə olan zaman şəxsi münasibətlər zəminində tanışı Valehin başından şüşə pivə bokalı ilə vurub.

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü “Nilay” kafesinə gedib, kafenin həyətində yerləşən masada əyləşərək spirtli içki pivə sifariş verib: “Kafedə olan müddət ərzində əvvəllər tanıdığım Valeh kafenin qarşısında taksidən enməsini gördüm və onu səsləyərək öz masama dəvət etdim. Valeh masanın arxasına keçdikdə onun sərxoş olmasını hiss etdim. Bir qədər söhbət etdikdən sonra Valeh atamın vaxtı ilə ondan almış olduğu ətin pulunu nə üçün verməməsi barəsində sual verdi və mənimlə alçaldıcı formada danışdı. Məni və atamı nalayiq ifadələr ilə təhqir etdi. Masadan duraraq Valehə kafeni tərk etməsini xahiş etdim. Valeh kafeni tərk edən zaman barəmdə nalayiq ifadə işlətdi. Valehin bu hərəkətlərindən bərk əsəbləşdim və masanın üzərində olan şüşə pivə bokalım əlimə alaraq onun baş nahiyəsinə bir dəfə vurdum”.

Sərdar ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib.

Zərərçəkmiş qismində ifadə verən Valeh bildirib ki, hadisədən sonra təqsirləndirilən şəxs ondan üzr istəməyib, ona dəymiş ziyanı ödəməyib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Sərdar 1500 manat miqdarında cərimə edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az