Abşeron rayonunda 1982-ci il təvəllüdlü Elşad şəxsi münasibətlər zəminində arvadı Elmira (adlar şərti verilib – red.) mübahisə edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsi, yeni yaşayış massivində baş verib.
Elmira yaşadğı evində əri ilə onun evə gec gəlməsi səbəbindən mübahisə edib. Mübahisə zamanı Elşad arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elmira ilə 2011-ci ildə ailə həyatı qurub və birgə nigahdan iki övladları var. O, əməlindən peşmançılıq çəkdiyini deyib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Elmira isə bildirib ki, əri tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və daha sonra isə Saray polis bölməsində ərizə yazıb. O, hazırda əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Abşeron rayon Məhkəməsi Elşadın barəsində ittihamedici hökm çıxarılmayıb. Buna səbəb zərərçəkmiş şəxsin onunla barışması, şikayətçi olmaması ilə əlaqələndirib.
Məhkəmə Elşadın barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


