Dünya Özəl

Rusiya ABŞ-ı nüvə təlimləri ilə bağlı xəbərdar etdi

Rusiya ABŞ-ı nüvə təlimləri ilə bağlı xəbərdar etdi

Rusiya ABŞ-ı nüvə təlimlərini həyata keçirəcəyi ilə bağlı məlumatlandırıb.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökuməti Rusiya tərəfindən öz nüvə qüvvələrinin illik təlimlərini keçirmək planları barədə Birləşmiş Ştatları xəbərdar edib.

Rəsmi Vaşinqton keçmişdə qitələrarası ballistik raketlərin atıldığını qeyd edərək, Rusiyanın strateji nüvə qüvvələrinin illik "Qrom" təlimləri zamanı raketlərin sınaq buraxılışları həyata keçirəcəyini gözlədiyini bildirib.

ABŞ rəsmiləri deyirlər ki, Yeni START Müqaviləsinə əsasən, Rusiya bu cür raket buraxılışları barədə əvvəlcədən xəbərdar etməyə borcludur.

Jalə Demokrat.az

D
demokrat.az