Gündəm Özəl

“Azərbaycan hər an buna hazır olmalıdır” — TƏHLİL

“Azərbaycan hər an buna hazır olmalıdır” — TƏHLİL

“Azərbaycanla Rusiya arasında münasibətlərin tam yüksək səviyyədə gərginləşdiyini söyləmək tezdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İqtisadçı vurğulayıb ki, zaman-zaman iki ölkə arasında müəyyən gərginliklər yaşanıb.

“Rusiya da bu gərginliyi məhz ticarətlə bağlı artırıb. Azərbaycanla bağlı gözləntisi olan kimi daim sərhədlərimizi bağlayıb, bizim meyvə-tərəvəzin, bəzi meyvələrin ölkə bazarına buraxılmaması haqqında qərar verib ki, guya sanitar qaydalara uyğun deyil. Yəni, zaman-zaman bu alətdən istifadə etdiyinə şahid olmuşuq. Azərbaycan da buna hazır olmalıdır və Rusiya ilə bizim ticarət dövriyyəmiz kifayət qədər yüksək səviyyədədir. Ən problemli səbəb odur ki, Azərbaycanın kənd təsərrüfatı ixracatının əsas istiqamətindəı əzici üstünlük Rusiyadadır”.

Aynurə Demokrat.az

D
demokrat.az