Sosial

“Azərsu”dan magistral kəmərdəki qəza ilə bağlı AÇIQLAMA

“Azərsu”dan magistral kəmərdəki qəza ilə bağlı AÇIQLAMA

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır: “Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub”.

D
demokrat.az