Siyasət Özəl

“Böyük mübarizə davam edir” — Hasan Oktayın İranla bağlı ŞƏRHİ

“Böyük mübarizə davam edir” — Hasan Oktayın İranla bağlı ŞƏRHİ

“İran son günlər ciddi narahatçılıq yaşayır. Daxili siyasətdə baş örtüyünə görə İran rejiminə qarşı ciddi aksiyalar, nümayişlər keçirilir. Qərb davamlı olaraq nüvə sazişi ilə bağlı İranı küncə sıxışdırmağa çalışır, İran isə hər gün Azərbaycana qarşı mənfi münasibət göstərir. Xüsusilə 44 günlük Qarabağ müharibəsi İranı çox narahat edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Politoloqun sözlərinə görə, işğaldan azad olmuş və İran sərhədinə yaxın olan Zəngilanda hava limanının açılışı isə İranı əvvəldən narahat edirdi. “Azərbaycanın Qarabağda tək olmadığını hər fürsətdə dilə gətirən Türkiyə Suriyada da adı açıqlanmayan şəkildə İranla döyüşür. İran İraqda nəzarəti itirmək istəmədiyi üçün Türkiyənin bütün həssas nöqtələrinə qarşı hərəkətdədir. Beləliklə, böyük mübarizə davam edir. Ermənistan, Azərbaycan və Türkiyə arasında sülh sazişi olarsa, ən çox Rusiya və İran təsirlənəcək. Ona görə də ilk növbədə bunun qarşısını almağa çalışırlar. Zəngilan Hava Limanı ətrafında İsrail şirkətlərinin fəaliyyət göstərməsi iddiası İranı hərbi təlimlər vasitəsilə Azərbaycanı qorxutmağa sövq edib. İran Türkiyənin Şuşadakı konsulluğunun hərəkətinə Ermənistanda konsulluq açaraq cavab verib. İran sanki hər an Azərbaycana qarşı müharibə riskinə girəcəkmiş kimi, davranaraq İranın daxili təlatümünü yatırmaq istəyir”.

Aynurə Demokrat.az

D
demokrat.az