“BakuBus” MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda deyilir ki, qəzaya səbəb əyləc sistemindəki nasazlıq olub. Ümumiyyətlə, qeyd edim ki, bu texniki problemdir. Belə problemlər təyyarədə də, avtomobildə də, avtobusda da olur. Hətta, prezident təyyyarələrində də ola bilər. Yəni, bu, hər gün baş verən hadisə deyil və deyək ki, bu gün də oldu, sabah da oldu və bu artıq kütləvi hal alıb. Ona görə də, buna qarşı ciddi tədbir görmək lazımdır deyə bilmərik. Ümumiyyətlə, birinci dəfədir eşidirəm ki, “BakuBus”ın avtobusunda belə nasazlıq olub, qəza baş verib. Yəni, bu sadəcə texniki məsələdir və bu qəzanı böyütmək, şişirtmək düzgün deyil. Deyim ki, qəzaların yüzdə otuzu texniki problemlərlə bağlı ola bilir. Bu, mümkündür. Çünki bunlar dəmirdir və elektrik sistemidir. Ona görə də, onların anidən sıradan çıxması mümkündür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. Ekspert bildirib ki, hər bir avtomobil ildə bir dəfə texniki baxışdan keçir. 
Y.Mustafayev avtobusların yenilənməsi məsələsinə də toxunub:
“İctimai nəqliyyatın yenilənməsinin elə bir standartı yoxdur. 3 ildən, 5 ildən bir də yenilənə bilər. Əsas odur ki, o işlək vəziyyətdə olsun, müasir texniki tələblərə cavab versin”.
Aynurə Demokrat.az


