Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, təyyarə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb.
Təyyarənin Su-30 qırıcısı olduğu bildirilir.
Yanğın 200 kv metr ərazisini əhatə edir. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
Ölü və yaralılar haqda məlumat verilməyib.
Qeyd edək ki, 17 oktyabrda Yeyskdə Su-34 təyyarəsinin binaya çırpılması nəticəsində 15 nəfər ölmüşdü.
***
İlkin məlumata görə, qəza nəticəsində hər iki pilot ölüb. /axar.az


