Gündəm

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasını həyata keçirəcək”

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasını həyata keçirəcək”

Bu gün Ermənistanın Qafan şəhərində İran konsulluğunun rəsmi açılış mərasimi reallaşdırıldı. Bu mərasimdən əvvəl işğalçı ölkənin xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra mətbuata açıqlama vermişdi. Sözsüz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında çox israrlıdır.

Bəs Qafanda İran konsulluğunun açılması Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə mane ola bilərmi? Mövzu ilə bağlı politoloq Samir HümbətovVisiontv.azsaytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Bununla bağlı xeyli müddət idi ki, işlər gedirdi. İran Qafanda İranın baş konsulluğunun açılması ilə bağlı hazırlıq işlərini aparırdı. İranın burada əsas məqsədi Azərbaycanın Zəngəzur dəhlizinin açılması məsələsinə mane olmaqdan ibarətdir. Amma qeyri – səmimi addımları və Azərbaycana qarşı düşmənçilik hərəkətləri əlbəttə ki, ölkəmizin diqqət mərkəzindədir. Eləcə də bizimlə müttəfiq olan dost ölkələrin də diqqət mərkəzindədir. Amma nəzərə almalıyıq ki, 10 noyabr 2020 – ci ildə 3 tərəfli bəyannamə imzalanarkən orada İran yox olmayıb. Bu razılaşmaların əsas özəyində duran məsələ ondan ibarətdir ki, Azərbaycanla Naxçıvan arasında quru sərhəddinin fomalaşması, dəhlizin açılması məsələsi gündəmdədir. Necə ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında əlaqənin qurulması üçün şərait yaranmışdı. Belə olan halda isə hesab edirəm ki, İranın bu cür canfəşanlıq etməsi onun boş yerə enerji xərcləməsinə gətirib çıxaracaq. Çünki Azərbaycan yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması prosesini həyata keçirəcək ki, bu da təkcə Azərbaycanın maraq dairəsində deyil bölgəylə bağlı maraqlı olan güclərin, misal üçün Çinin, Böyük Britaniyanın və Avropanın digər önəmli ölkələrinin diqqəti bu məsələyə yönələcək. Düşünürəm ki, İranın istər Qafanda istərsə də Ermənistanın bütün rayonlarında konsulluq açması, Zəngəzur dəhlizinin açılması məsələsini kölgəyə atacaq hərəkətlər kimi qiymətləndirilə bilməz. Hətta istəsələr də bunun qarşısını ala bilməyəcəklər. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını həyata keçirəcək. Qafandakı İran konsulluğu məsələsi İranın ikinci Qarabağ savaşında gizli, indi isə açıq – aşkar şəkildə öz mövqeyini ortaya qoymasının sübutudur. Bunun nəticəsində biz dostumuzun və düşmənimizin kimlər olduğuna bir daha əmin olduq. Bu istiqamətdə də xarici siyasət strategiyamızı formalaşdırırıq.”

D
demokrat.az