Azərbaycan investisiyaları ilə Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcəyinə inanıram.
Demokrat.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları tikinti və yenidənqurma işlərini sürətlə davam etdirir. keçən il həmŞuşada, həm də Füzuliyə səfər edərkən, görülən işlərlə tanış olmuşduq. Həmin səfərdən cəmi bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən-günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi", - deyə R.T.Ərdoğan bildirib.
Həsən Demokrat.az


