Sosial

Oktay Qarabəyli vəfat etdi — FOTO

Oktay Qarabəyli vəfat etdi — FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəyli vəfat edib.

Bu barədə Demokrat.az-a BDU-dan xəbər verilib.

Qeyd olunub ki, Oktay Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə "Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb. Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

Allah rəhmət eləsin!

Oktay Qarabəyli vəfat etdi — FOTO

D
demokrat.az