Siyasət Özəl

“Orta Asiyanın Türk respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən biri olacaq“ — ŞƏRH

“Orta Asiyanın Türk respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən biri olacaq“ — ŞƏRH

“Orta Asiya Türk respublikalarının beynəlxalq münasibətlərdə oynadığı rol heç şübhəsiz artmaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloq qeyd edib ki, biz getdikcə daha çox bu regionda yerləşən dövlətlərin siyasi proseslərdə artan rolunun şahidi oluruq.

“Bu inkişafa misal olaraq bir neçə gün bundan öncə Qazaxıstanda keçirilən beynəlxalq tədbirləri və bu tədbirlərin bütün dünya kütləvi informasiya vasitələrində mühüm yer tutduğunu misal göstərə bilərik. Təbii ki, Orta Asiya respublikalarının diqqət mərkəzinə düşməsinin ilk səbəbi Rusiyanın getdikcə zəifləməsi və əvvəlkindən daha zəif aktora çevrilməsidir. Dövlətlərarası münasibətlərin inkişaf qanunluqlarına uyğun olaraq dominant dövlətin nüfuz və mövqeyi zəiflədikcə, həm nüfuz dairəsində olan dövlət daha müstəqil siyasət yeritməyə çalışır, həm də digər dövlətlər yaranan boşluğu doldurmaq üçün mübarizəyə girişirlər. Bu gün Orta Asiyada biz məhz bu tendensiyaları müşahidə edirik”.

“Orta Asiyanın Türk respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən biri olacaq“ — ŞƏRH
“Bu respublikaların diqqət mərkəzinə doğru addımlamasının digər səbəbi isə digər beynəlxalq oyunçuların mövqelərinin güclənməsi faktorudur və bu aspektdə Türkiyənin beynəlxalq aləm və bu bölgədə fəaliyyətinin artmasını qeyd edə bilərəm. Yaxın gələcəkdə Türkiyənin aktivliyinin daha da artacağının şahidi olacağıq. Amma bu mərhələli şəkildə baş verəcək və Rusiyanın regionda zəiflləməsi ilə paralel irəliləyəcək. Orta Asiya Respublikaları elə Türkiyənin də yardımı ilə inkişaf etməkdə olan dünya dövlətlərinə qoşulmaqda israrlıdırlar və bu istiqamətdə ciddi addımlar atırlar. Amma, bu istəyin qarşısında ciddi maneələr var və bu maneələri mərhələ-mərhələ aşmaq lazımdır. Onlar aralarında mövcud olan dini-siyasi-etnik münaqişələri nə qədər tez həll etsələr, bir o qədər tez inkişaf edə biləcəklər”.

Aynurə Demokrat.az

D
demokrat.az