Region

İranda etirazçılardan 14 əcnəbi həbs edilib

İranda etirazçılardan 14 əcnəbi həbs edilib

İranda təhlükəsizlik qüvvələri ABŞ, Böyük Britaniya və Fransa vətəndaşlarının olduğu 14 xarici ölkə vətəndaşını həbs edib.

Demokrat.az "Hürriyyət"ə istinadən xəbər verir ki, həbs olunanlar Məhsa Əmininin ölümündən sonra ölkə daxilində baş verən nümayişlərdə iştirakda təqsirli bilinir.

İranın Kəşfiyyat Nazirliyi sentyabrın 30-da nümayişlərdə iştirak etdiyi müəyyən olunan Almaniya, Polşa, İtaliya, Fransa, İsveç və Niderland vətəndaşları da daxil olmaqla 9 xarici vətəndaşın həbs edildiyini açıqlayıb.

Zamiq Demokrat.az

D
demokrat.az