Gündəm

“Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib”

“Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüblər. Kənd sakinlərindən birinin Prezidentlə maraqlı dialoqu olub: Kişi sakin: Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib. Prezident İlham Əliyev: Onu özünüz deyərsiniz ona. Kişi sakin: Tapmıram axı, onu. Prezident İlham Əliyev: Çox sağ ol.

D
demokrat.az