Sosial

Azərbaycanda daha 65 nəfər “COVID-19 ”a yoluxub — FOTO

Azərbaycanda daha 65 nəfər “COVID-19 ”a yoluxub — FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 407 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 409 nəfərdir.

Ölkədə son sutka ərzində 2 959, hazırkı dövrədək isə 7 296 340 test aparılıb.

Azərbaycanda daha 65 nəfər “COVID-19 ”a yoluxub — FOTO

D
demokrat.az