Səxavət Əlisoy Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyası ilə yollarını ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə siyasətçi özü məlumat verib. Səxavət Əlisoy istefa verməsinin səbəbini belə izah edib:
"Qubad İbadoğlu Londonda yaşayır və işləyir, Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir. Birinci müavin postu belə yoxdur. Başqa bir partiyada belə durum varmı? ADR obyektdirmi, kiçik müəssisədirmi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.
Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu isə onu deyir ki, konstruktiv yoldan imtina olunub. ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı. Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. Onun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə şəffaflıqdan əsər-əlamət yoxdur. ADR-də sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz”. Səxavət Əlisoy deyir ki, siyasi partiya QHT qayda-qanunları ilə idarə oluna bilməz:
"Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz. Bilirsən ki, səni heç vaxt lider kimi görmədim. Çünki sən tək adam idarəçiliyinin tərəfdarısan, mən kollektiv, ortaq ağılın tərəfindəyəm. Biz eyni yolun yolçuları deyilik”. /qaynarinfo


