Hadisə

Şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başladı

Şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başladı

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

D
demokrat.az