Hadisə

Azərbaycanda 3 yaşlı uşaq su quyusuna düşüb öldü

Azərbaycanda 3 yaşlı uşaq su quyusuna düşüb öldü

Samux rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Sarıqaya kəndində baş verib.

Kənd sakini, 2016-cı il təvəllüdlü Süleymanov Rəsul Fərhad oğlu həmin kənddə Sahil küçəsində evlərdən birinin həyətində oynayarkən üstü açıq su quyusuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az