Ukraynanın maliyyə naziri Serhi Marçenko 2023-cü il üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Rəhbərlər Şurasının sədri seçilib.
Bu barədə məlumatı Demokrat.az-a Ukraynanın Maliyyə nazirinin azərbaycanlı müşaviri, sabiq səfir Azər Xudiyev bildirib. 
Onun sözlərinə görə,yeni status beynəlxalq maliyyə təşkilatları və Dünya Bankı və BVF-yə üzv ölkələrlə əməkdaşlığın səmərəliliyini artıracaq.
Bu il Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun Vaşinqtonda keçirilən İllik Görüşləri zamanı Ukraynanın maliyyə naziri Serhi Marçenko hər iki maliyyə institutunun rəhbərliyi və nümayəndələri ilə görüşüb.2022-ci ilin martında Ukrayna BVF-dən Sürətli Maliyyələşdirmə layihəsi çərçivəsində 1,4 milyard dollar alıb. Oktyabrın 7-də isə BVF əlavə olaraq 1,3 milyard dollar maliyyə dəstəyi göndərilib.
Qeyd edək ki, Ukrayna 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına üzv olub.
Zaur Demokrat.az


