İranda Cənubi azərbaycanlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi həbs edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.
Fəqihinin Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada saxlanıldığı bildirilir.


