Bakıda dələduzluq etməkdə ittiham olunan Fəxrəddin Cavanşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Fəxrəddin Cavanşirovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq etmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Ramin Namiq oğlu Şükürzadə, Namik Hikmət oğlu Hüseynov, Şərəf Natiq qızı Məmmədova, Qafar Əli oğlu Babayev, Aygün Eldar qızı Mahmudova zərərçəkmiş şəxs qismində tanınıblar.
İttihama görə, Fəxrəddin Cavanşirov ayrı-ayrı vətəndaşlardan barələrində prokuroqluq və daxili işlər orqanlarındakı cinayət işlərinə xitam vermək adı ilə 165 min manat pul alan dələduz həbs edilib.
Fariz Məlikli Demokrat.az


