Dünya

Tokayev Ərdoğanla tennis oynadı — FOTOLAR

Tokayev Ərdoğanla tennis oynadı — FOTOLAR

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAstanada stolüstü tennis oynayıblar. Modern.azxəbər verir ki, Qazaxıstan prezidentinin İnstaqram səhifəsində dövlət başçılarının birgə oyununun fotoları yayılıb.

Kasım-Jomart Tokayev oyundan əvvəl Rəcəb Tayyib Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni təqdim edib.

Ərdoğan bildirib ki, qlobal və regional qeyri-sabitlik dövründə Qazaxıstanın təhlükəsizliyinin, sabitliyinin, ərazi bütövlüyünün təmin edilməsi və iqtisadi rifahının yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Tokayev və Ərdoğan ilk dəfəmay ayında Qazaxıstan prezidentinin Türkiyəyə dövlət səfəri zamanı stolüstü tennis oynamışdılar.

Qeyd edək ki, Kasım-Jomart Tokayev bundan əvvəl 13 il Qazaxıstan Stolüstü Tennis Federasiyasının prezidenti olub. Prezidentin mətbuat xidməti qeyd edib ki, dövlət başçısı bu idman növünün böyük həvəskarıdır.

Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına ev sahibliyi edəcək. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

Tokayev Ərdoğanla tennis oynadı — FOTOLAR
Tokayev Ərdoğanla tennis oynadı — FOTOLAR

Tokayev Ərdoğanla tennis oynadı — FOTOLAR

D
demokrat.az