"Təəssüflər olsun ki, ölkəmizə qarşı haqqı və ədaləti qərəzli şəkildə yönəldən cəhdlər var. Bu cəhdləri özündə ehtiva edən ikili standartlar mövcuddur".
Demokrat.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. O qeyd edib ki, 30 ildə torpaqlarımızın 25 faizini işğal altında saxlayan, Xocalı şəhərində isə 613 vətəndaşımızı qəddarlıqla qətlə yetirmişdilər.
"Bütün bu cinayətləri törədən şəxslər bütün dünyaya məlum olduğu halda beynəlxalq qurumlar, təşkilatlar susur. Ermənistan dövlətini və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görmürlər. Ancaq Ermənistanın hərbi qulluqçularının meyidləri üzərində təhqiredici və mənbəyi məlum olmayan videolarla az qala Azərbaycanın soyqırımı kimi qələmə verirlər. Təbii ki, dərrhal Baş Prokurorluqda bu faktlarla əlaqədər ibtidai istintaqı davam edir. Videoda iddia edildiyi hərbi qulluqçularının cinayəti təsdiqlənərsə, məsuliyyətə cəlb olunacaq. Bir neçə gün qabaq yayılan görüntülərlə bağlı Azərbaycan xalqını dinc yanaşı yaşamayan xalq kimi yanaşdılar. Bu xalqı belə ittiham etmək yolverilməzdir. Bunu qabardan beynəlxalq təşkilatlar Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin xronologiyasına nəzər salsınlar. Ermənistan Respublikasının çoxsaylı amansız cinayətləri barədə kifayət qədər təsdiqini tapan cinayətlər var. Beynəlxalq təşkilatlar nədənsə bu soyqıırımı görə bilmirlər".
Nizami Cəfərov qeyd edib ki, 3890 nəfər vətəndaşımız itkin kimi qeydiyyatdadır və bugünədək bunlar barəsəində heç bir məlumat yoxdur və təəssüf ki, bu sahədə də ikili standartlar mövcuddur.
"Adını hüququ dövlət qoyanlar Ermənistana hərbi yardım edir. Onların hərbi cinayətlərinə susurlar".
Aynurə Demokrat.az


