Yevlaxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib.
“Report”un məlumatına görə, Xaldan yolunda qeydə alınan yol qəzası nəticəsində - 1997-ci il təvəllüdlü İ.Kərimzadə, 1983-cü il təvəllüdlü Y.Məmmədova, 1981-ci il təvəllüdlü G.Babayeva, 1983-cü il təvəllüdlü F.Kərimli və daha 3 nəfər xəsarət alıb.
Xatırladaq ki, hadizə zamanı sərnişinlərdən biri - 1985-ci il təvəllüdlü G.Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


