“Ukrayna tərəfindən Krım körpüsünün partladılmasının çox böyük siyasi səhv olduğunu hesab edirəm. Ukrayna tərəfi Rusiyanın əlinə belə siyasi kart verməməli idi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib. Sabiq deputat körpüyə çox ciddi ziyanın dəydiyini qeyd edib: “Körpünün hər iki qanadı çöküb, eyni zamanda dəmir yolundan keçən hissəsi də ciddi xəta görüb. Bu artıq Krımda təşviş yaradıb, yəni əslində bəlkə də bu təsadüf idi. Amma Ukrayna prezident aparatının rəhbəri bu məsələni guya bir ay bundan öncə olacağını demişdir və həmin günü də yerinə yetirilməsi bir qədər şübhəlidir. Əlsində, bunlar təcrübəsizlikdən bunu öz üzərinə götürürlər. Bu bütün hallarda terror aktı kimi dəyərləndirəcək və Rusiya bundan çox yararlanacaq. Onsuz da Krımla Rusiyanın quru əlaqəsi var idi. Çünki Mariopolu azad edəndən sonra onlar quru üzərindən də gedirdilər ki, bu da ən yaxından məsafə idi. İnanmıram ki, Rusiya bunu elə-belə sakit qoysun. Bundan yararlanacaq Rusiya, özü də çox ciddi də bundan istifadə edəcək. Bilirsiniz ki, bu gün Rusiya bir çıxılmaz darana girib. Rusiya o dalanı, yəni rəmzi mənada partladıb çıxmalıdır. Bu addımı ilə Ukrayna sanki Rusiyanı nüvə başlığından istifadə etməyə məcbur edir. Bu da daha çox ABŞ-a lazımdır. Amma Rusiya bundan geri çəkilməyəcək, çünki president var. Birinci dəfə ABŞ nüvə başlıqlı bombalardan istifadə edib. Ola bilər miqyası böyük olmasın, amma kiçik və ya orta miqyaslı dağıntılar törədilə bilər. Bu da o deməkdir ki, Rusiya əgər Ukraynaya qarşı həmin nüvə başlığından istifadə etsə, bu nəinki Ukraynanın, eyni zamanda Avropa üçün çox ciddi bir mesajdır. Və bu həm də Rusiyanın cavab tədbirlərini bir qədər də gücləndirəcək. Amma elə də, belə də terror yolu ilə nələrinsə əldə olunması tarixən mümkün olmayıb. Fərqi yoxdur bunu Ukrayna törətsin, ya Rusiya törətsin. Əvvəl axır bu bütün terrorun bumeranq effekti var, qayıdıb özünü vurur. Əgər bunu Ukrayna edibsə, Ukrayna üçün çox ciddi ziyandır. Hər halda Rusiyaya belə bir siyasi kart verməyəydi”.