Siyasət Özəl

"Qarabağ" komandası necə darmadağın edirsə, diplomatiya müstəvisində də bu baş verir” — Deputat

Qarabağ komandası necə darmadağın edirsə, diplomatiya müstəvisində də bu baş verir” — Deputat

Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a şərh edən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, cənab Prezidentin "sülhə yavaş-yavaş yaxınlaşırıq" sözləri onu göstərir ki, biz Azərbaycan torpaqlarının hər qarışı üzərində suverenliyimizin təmini üçün ikinci, yəni hərbi-siyasi mərhələni uğurla tamamlayıb. İndi isə sonuncu yalnız siyasi mərhələyə keçidin astanasındayıq. Deputat qeyd edib ki, Ermənistanın arxalandığı ölkələrin futbol komandalarını "Qarabağ" necə darmadağın edirsə, diplomatiya müstəvisində də təqribən onun oxşarı baş verir:

“Artıq hər kəs, o sıradan da Ermənistana guya havadarlıq edənlər Qarabağın Azərbaycan üçün nə demək olduğunu yox, həm də Azərbaycan demək olduğunu anlayır. Burada təkcə anlamır, eləcə də anladır. Haylara anladır ki, bu, bir reallıqdır, biz barışdıq, siz də barışmalısınız. Praqa danışıqlarını qısaca qiymətləndirməli olsaq, görünən məhz budur”.

Aynurə Demokrat.az

D
demokrat.az