Gündəm

Gürcüstanla sərhədə maşınlarını ataraq piyada yollananlar başqa maneə ilə üzləşdilər

Gürcüstanla sərhədə maşınlarını ataraq piyada yollananlar başqa maneə ilə üzləşdilər

Maşınlarını ataraq Gürcüstanla sərhədə piyada yollanan rusiyalılarınYuxarı Lars keçid məntəqəsinə daxil olmalarına artıq icazə verilmir.

Məlumatda bildirilir ki, skuterlər və velosipedlər də artıq qadağandır. Hazırda sərhədə ancaq maşın və avtobuslarla getmək olar.

Yalnız bütün postları keçənlərvə piyada növbəyə duranlar sərhədi piyada keçə bilər.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-dəqismən səfərbərlikelan edildikdən sonra rusiyalıların qonşu ölkələrə kütləvi axını başlayıb. Nəticədə quru sərhədlərində (o cümlədən Gürüstanla) kilometrlərlətıxacyaranıb. Günlərlə yolda qalan sürücülər nəhayət avtomobillərinisataraq, ya da ataraq keçid məntəqəsinə piyada yollanıblar. Bundan sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərinmüsadirə olunaraq Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsinitəklif edib.

D
demokrat.az