28 sentyabr Vətən Müharibəsi Şəhidi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səyyad Mübariz oğlu Mövsümovun şəhadətə ucaldığı günüdür.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının əməkdaşı Salyan şəhəri Şəhidlər Xiyabanında Vətən Müharibəsi Şəhidi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səyyad Mübariz oğlu Mövsümovun məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuş , ruhuna dualar oxumuşlar.








