Region

"Türkiyə Rusiyadan gübrə ixracı ilə bağlı BMT ilə birgə çalışır" — Çavuşoğlu

Türkiyə Rusiyadan gübrə ixracı ilə bağlı BMT ilə birgə çalışır — Çavuşoğlu

Türkiyənin taxıl böhranındakı rolu dünyaya rahatlıq gətirdi. Taxılın qiyməti 2008-ci ildən bəri ilk dəfə təxminən doqquz faiz ucuzlaşıb.

Bubarədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hazırda biz gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün İstanbuldakı Koordinasiya Mərkəzində BMT ilə birgə çalışırıq", - deyə nazir bildirib. M.Çavuşoğlu əlavə edib ki, bu məsələnin həlli üçün bəzi yollar tapılıb:

"Həmin Rusiya məhsulu sanksiya siyahısına daxil olmadığı üçün biz sığorta məsələləri, xidmətlər və xüsusilə ödənişlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışırıq".

Demokrat.az

D
demokrat.az