Ukrayna Hərbi Hava Qüvvələri dəniz üzərində İrana məxsus pilotsuz təyyarəni vurub
Demokrat.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat məlumat yayıb.
Bildirilir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-topçuları cənub istiqamətində İran istehsalı olan "Mohajer-6" çoxməqsədli zərbə PUA-sını zərərsizləşdiriblər.
Videoda ukraynalı hərbçilərin vurduğu Rusiya PUA-sının necə düşdüyü göstərilib.
Qeyd edək ki, "Mohajer-6"-nın istehsalına 2017-ci ildə başlanılıb. Onun maksimal uçuş çəkisi 600 kq, faydalı yükü 100 kq və uçuş məsafəsi 200 km-dir. Maksimal sürət 200 km/saat, uçuş müddəti12 saat və maksimum uçuş hündürlüyü 5400 metrdir.Zamiq Demokrat.az


