Gündəm Özəl

“Azərbaycana yönəlik hansısa qara niyyətlər varsa, özlərini yığışdırsınlar”— Partiya sədri

“Azərbaycana yönəlik hansısa qara niyyətlər varsa, özlərini yığışdırsınlar”— Partiya sədri

“Türkiyə Cümhuriyyəti Müstəqil Azərbaycan yarandıığı ilk gündən Azərbaycanın yanında olubdur. Xüsusilə də, hörmətli Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinə rəhbərlik etdiyi dövrdə bu qardaşlıq və bu dayaq daha çox hiss olunmuşdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri əlavə edib ki, biz bunu 44 günlük Vətən müharibəsindən əvvəldə, yəni Azərbaycan torpaqları işğal altında olduğu sürəcdə də, Ermənistana münasibətdə də, regiona münasibətdə də, Azərbaycana düşmən olan qüvvələrə münasibətlərdə də gördük. Eyni zamanda 44 günlük Vətən müharibəsində Türkiyə dövləti Azərbaycana siyasi və mənəvi dəstəyini sona qədər göstərdi, hər zaman Azərbaycanın yanında olmağı ilə bağlı mesajlar verdi. Bunu müxtəlif tribunaladan, müxtəlif platformalardan istifadə edərək Türkiyənin prezidenti, xarici işlər naziri, müdafiə naziri və digər siyasiləri mütəmadi olaraq səsləndirməkdədirlər. Xüsusilə də, indiki həssas dönəmdə regionda Rusiyanın, ABŞ-ın, Avropa dövlətlərinin və bir sıra Qrəb dövlətlərinin maraqlarını toqquşduğu bir dönəmdə, bizim cənub qonşumuz İranın maraqlarının toqquşduğu bir dönəmdə Türkiyə prezidentinin ən ali tribunadan bu fikirləri səsləndirməsi təbii ki, bu regionda maraqlı olan güclərə konkret olaraq bir mesajdır. Mesajdır ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycanın yanındadır, bundan sonra da yanında olacaq. Azərbaycana yönəlik hansısa qara niyyətlər varsa, bu dövlətlərə bir mesajdır ki, özlərini yığışdırsınlar”.

“Bu, Türkiyə prezidenti tərəfindən regiona həm də əsas söz sahibinə və güc sahibinə çevrilməsindən xəbər verən mesajdır. Çünki bilirik ki, 44 günlük müharibə nəticəsi olaraq Azərbaycan və Türkiyə birlikdə regionun əsas aparıcı güc və söz sahibinə çevriliblər. Bunu da, hörmətli Ərdoğan beynəlxalq tribunadan səsləndirməklə həmin güclərin diqqətinə çatdırır və bir daha bəyanat verir ki, bundan sonra istənilən halda Azərbaycanın yanında olacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az