Hadisə

Zaqatalada mikroavtobusla avtomobil toqquşdu — FOTO

Zaqatalada mikroavtobusla avtomobil toqquşdu — FOTO

Zaqatalada mikroavtobus ilə minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mersedes-Vito” markalı mikroavtobusla minik avtomobili toqquşub və nəticəsində üç nəfər rayon sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada mikroavtobusla avtomobil toqquşdu — FOTO

D
demokrat.az