Hərbi

Həlak olan əsgərə şəhid statusu veriləcək — YENİLƏNİB (FOTO)

Həlak olan əsgərə şəhid statusu veriləcək — YENİLƏNİB (FOTO)

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən, E.Omarov şəhid statusu alacaq.

***12:04

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun mətbuat Xidmətindən bildirilib.

Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Eşqin Omarov Ağstafanın Aşağı Kəsəmən kənd sakinidir.

Həlak olan əsgərə şəhid statusu veriləcək — YENİLƏNİB (FOTO)

D
demokrat.az