Sosial

Yaralanan mülki şəxslərin vəziyyəti — VİDEO

Yaralanan mülki şəxslərin vəziyyəti — VİDEO

Arzuman Orucov evə buraxılıb, Asim Musayevin vəziyyəti orta-ağırdır

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan mülki şəxslərdən Asim Musayevin vəziyyəti orta ağırdır və o, hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə olunur.

Digər yaralı Arzuman Orucova isə ilkin tibbi yardım olunduqdan sonra evə buraxılıb. Arzuman Orucov Kəlbəcər rayonun Ağdaban kənd sakinidir və Kəlbəcərdə heyvandarlıqla məşğul olub.

Xatırladaq ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. Hər iki fakt Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi çərçivəsində araşdırılır.

D
demokrat.az