İdman Özəl

Yaşar Cavadovun xatirəsinə həsr olunmuş güləş üzrə açıq rayon birinciliyi keçirildi — FOTOLAR

Yaşar Cavadovun xatirəsinə həsr olunmuş güləş üzrə açıq rayon birinciliyi keçirildi — FOTOLAR

11 sentyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Olimpiya İdman Kompleksində Milli Olimpiya İdman Komitəsinin yaranmasının 30 illiyinə və sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş azyaşlı yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Yarışda Salyan rayon İcra Hakimiyyətinin Başçısının müavini Rəşad Cəbrayılov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, mərhum pəhləvan Yaşar Cavadovun oğlu zorxana güləşi üzrə dünya çempionu, 4 qat zorxana güləşi üzrə avropa çempionu məşhur pəhləvan Vüsal Cavadov, yarışın baş hakimi Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərəcəli hakimi Tural Əliyev, Kikboksinq üzrə Dünya və Avropa Çempionu , İslam oyunlarının bürünc mükafatçısı Arzuman Qədimov, Sambo üzrə Dünya və Avropa Çempionu Ruslan Rüstəmov, Peşəkar boks üzrə Avropa WBC kəmərinin sahibi Rauf Ağayev, Uşu sanda üzrə Dünya Çempionu İsrafil Şabanov, Qol güləşi üzrə Avropa Çempionu Axıskalı Ruslan, Xalq pəhləvanları Beyləqanlı Nurəddin və Ağabəy Bağırov və digər rayonlardan gəlmiş məşqçi-müəllimlər iştirak etmişdir. İlk öncə sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, mərhum pəhləvan Yaşar Cavadovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin Başçının müavini Rəşad Cəbrayılov Ölkəmizdə və rayonda uğurla həyata keçirilən, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılmış idman siyasətindən söz açdı. Qeyd etdi ki, Prezident Cənab İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən dövlət idman siyasəti ölkə idmnaçılarının öz potebsiallarını inkişaf etdirməsi və üzə çıxarması üçün böyük imkanlar yaradır, idmançılarımızı daima yeni –yeni qələbələrə səsləyir.

Tədbirdə çıxış edən mərhum pəhləvan Yaşar Cavadovun oğlu zorxana güləşi üzrə dünya çempionu, 4 qat zorxana güləşi üzrə avropa çempionu məşhur pəhləvan Vüsal Cavadov qeyd etdi ki, yarış iştirakçılarını salamladı, birinciliyin keçirilmə məqsədləri haqqında iştirakçıları məlumatlandırdı. Ölkədə və rayonda idmana göstərilən diqqət və qayğıdan, həmçinin bu sahədə aparılan işlərdən söhbət açdı. Yarışın baş hakimi Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərəcəli hakimi Tural Əliyev birincilik haqqında məlumat verərək, yarışın keçirilmə məqsədləri və qaydalar haaında idmançıları məlumatlandırdı.

Daha sonra məşhur el pəhləvanları nümunəvi çıxışlarına başladılar.

Dövlət himi səsləndirildikdən sonra birinciliyə start verildi.

Birincilik Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən 2 yaş qrupunda 10 çəki dərəcəsində keçirilmişdir. Ümumilikdə açıq rayon birinciliyində Lənkəran, Şirvan, Astara, Masallı, Biləsuvar, Neftçala, Xaçmaz, Şabran, Əlincə, Zenit, Çempion, Pirallahı, Şamaxı və Salyan komandaları olmaqla 250 nəfər idmançı mübarizə aparırdı. 12 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirildi və komanda hesabında idmançılar aşağıdakı nəticələri əldə etdilər:

III yer Sumqayıt komandası

II yer Lənkəran komandası

I yer Salyan komandası

I, II və III yerləri qazanmış idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi və Aran İdman klubu tərfindən diplom, medal və hədiyyələrlə təltif edildilər.

D
demokrat.az