Sosial Özəl

“Qadının maaşı daha yüksək olunca, kişidə qısqanclıqlar oyanır” — Samirə Bağırova

“Qadının maaşı daha yüksək olunca, kişidə qısqanclıqlar oyanır” — Samirə Bağırova

“Qadın yoldaşının uğuruna həmişə sevinən tərəf olur, amma qadının uğuruna sevinən kişi azdır” . Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Samirə Bağırova deyib.

“Qadının maaşı daha yüksək olunca, kişidə qısqanclıqlar oyanır, qadın uğurlu və üstəgəl çox özgüvənlidirsə, bu bəzi kişilərin hətta xəyanətinə də yol açır, özünü sübut üçün. Əgər kişilərin pulu çox olanda özlərini daha özgüvənli hiss edirlərsə, bu qadınlara da aiddir. Fərq ondadır ki, kişinin pulu olmayanda psixoloji çökür, qadın isə əksər hallarda çıxış yolu axtarır. Sağlam düşüncəyə sahib insanlar maaşın qədərinə baxmaz, birlikdə bir gələcək qurmağa çalışar, münasibətlərinə fokuslanarlar. Qadınlar nadir hallarda deyər mən yoldaşımdan çox qazanıram. Əsasən kişilər psixoloji konsultasiyalar zamanı vurğulayırlar ki, “qadın məndən çox qazanır” və ona görə də aramızda problem var. Münasibətdə nə qədər ki, "mənlər"lər olacaq, “mənim, sənin olacaq” o uzun sürməyəcək”.

Nəzrin Demokrat.az

D
demokrat.az