Dünya

"Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik" — Şarl Mişel

Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik — Şarl Mişel

Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.

Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

"Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik", - o qeyd edib.

Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını söyləyib./Modern.az

D
demokrat.az