Region

İstanbulda metrobuslar toqquşdu:Yaralıların sayı artdı — VİDEO(YENİLƏNİB)

İstanbulda metrobuslar toqquşdu:Yaralıların sayı artdı — VİDEO(YENİLƏNİB)

İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən verilən açıqlamaya görə, qəza nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib.

xxx

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.

Hadisə yerində xilasetmə işləri davam edir.

Leyla Demokrat.az

D
demokrat.az