Gündəm Özəl

Milli Məclisin deputatı: "Əlahəzrət Kraliça II Elizabetin vəfatı məni dərindən kədərləndirdi"

Milli Məclisin deputatı: Əlahəzrət Kraliça II Elizabetin vəfatı məni dərindən kədərləndirdi

Milli Məclisin deputatı Könül Nurullayeva Kraliça II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı müraciəti edib.

Demokrat.az xəbər verir ki, deputat öz müraciətində II Elizabetin vəfatından kədərləndiyini söyləyib:

"Əlahəzrət Kraliça II Elizabetin vəfatı məni dərindən kədərləndirdi. O, dünyada ən uzun müddət xidmət edən monarxlardan və dünya miqyasında ən çox hörmət bəslənən şəxsiyyətlərdən biri idi.

Milli Məclisin deputatı: Əlahəzrət Kraliça II Elizabetin vəfatı məni dərindən kədərləndirdi

O, taxtda olduğu 70 il ərzində öz vəzifələrini sədaqət, lətafət və təvazökarlıqla yerinə yetirmişdir. Kraliçanın Birləşmiş Krallıq və ümumilikdə dünyaya verdiyi töhfələr tarixə yazılacaq və o, böyük dünya lideri kimi həmişə sevə-sevə xatırlanacaqdır.

Əlahəzrət Kraliça II Elizabetin vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına və onu sevən milyonlarla insana dərin hüznlə başsağlığı verirəm".

Məlik Demokrat.az

D
demokrat.az