Sentyabrın 24-ü Mətbuat Şurasında Azərbaycan jurnalistlərinin 8-ci qurultayı keçiriləcək.
Demokrat.az xəbər verir ki,bu barədə "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu məlumat verib.
Mətbuat Şurasının Nizamnaməsinə görə, hər 4 ildən bir qurultay keçirilməlidir.
Nizamnaməyə uyğun şəkildə qurultay Mətbuat Şurasının sədrinin hesabatını dinləyəcək, yeni sədr seçəcək və yeni İdarə Heyəti müəyyən olunacaq.


Məlik
Demokrat.az


