Sosial Özəl

Bakı Tikiş Evindən məktəbli formaları ilə bağlı narazılığa REAKSİYA

Bakı Tikiş Evindən məktəbli formaları ilə bağlı narazılığa REAKSİYA

Bakı Tikiş Evi son günlər məktəbli formaları ilə əlaqədar yaranmış narazılıqlarla bağlı açıqlama yayıb.

Demokrat.az-ın xəbərinə görə, qurum məktəbli formalarının istehsalına könüllü şəkildə qoşulduqlarını qeyd edib.

"Bakı Tikiş Evi olaraq müştərilərimizə bildirmək istəyirik ki, Bakı Tikiş Evi məktəbli formalarının istehsalına könüllü şəkildə başlamış və heç bir qurum bizə bu məsələni həvalə etməmişdir. Məktəblilərin hansı rəng formanı hansı sayda istifadə edəcəyini müəyyənləşdirmək, statistik göstəricilər olmadığı üçün tələbatı təxmin etməkdə bizə çətinliklər yaratmışdır.

Eyni zamanda, yeni məktəbli formaları ilə bağlı sualların gec cavab tapması davamında logistika krizləri və istifadə olunacaq xüsusi xammalın istehsal müddətinin uzun olması da yaranmış problemin səbəblərindəndir. Bu il yuxarı siniflərin yeni forma geyinmək məcburiyyəti olmadığı üçün şirkətimiz böyük ölçülü geyimlərin istehsalına önümüzdəki ildə başlamağı planlaşdırır.

Əlavə olaraq qeyd edək ki, özəl müəssisə olaraq bizim keyfiyyətli məhsullarımıza olan təlabatı il boyu ödəməyə davam edəcəyik" - deyə açıqlama bildirilir.

Zamiq Demokrat.az

D
demokrat.az