“Bilirsiniz ki, bir müddət əvvəl Azərbaycan Ermənistana təzyiq edib və müəyyən məsələlərdə irəliləyişlər var”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər Laçın və Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulmasını şərh edərkən deyib.
“Təbii ki, bu, bizim xeyrimizədir. Lakin orada qalan terrorist ünsürlərini bu narahat edir. Onlar istəyirlər ki, bundan qabaq olan vəziyyət dəyişsin. Azərbaycan və onlar arasında olan xətt təmas xəttinə çevrilsin. Yəni, müharibə qaydaları ilə idarə olunan bir vəziyyət yaransın. Bizmlə müharibə edən bir anklav kimi orada vəziyyət yaratsınlar, bizim nüfuzumuzu, ya da təsirimizi neytrallaşdırmaq üçün. Təxminən strateji xətt bundan ibarətdir. 
Sabiq xarici işlər naziri hesab edir ki, gələcəkdə bu vəziyyət daha da intensivləşə bilər:
“Dediyim kimi, taktiki gediş onu göstərir ki, onların məqsədi bundan ibarətdir. Orada həm siyasi addımlar atılacaq bizdən aralamaq üçün, həm də hərbi elementlər olacaq, yəni ki, anklav yaratmaq üçün orada yaşayırıq. Onları narahat edən əsas odur ki, onlar artıq əmin deyillər ki, sülhməramlılar onları müdafiə edəcəklər və öz qüvvələri ilə istəyirlər ki, belə bir vəziyyət yaratsınlar”.
Aynurə Pənahqızı Demokrat.az


