Məşhur saytların birində maraqlı xəbər paylaşılıb.
Demokrat.az-ın xəbərinə görə, avtomobilini satan şəxs maşını ilə elanda qeyri-adi formada mətn yerləşdirib.
2000-ci il istehsallı olan "Nissan Pathfinder" markalı maşının qiyməti 10 min manatdır, lakin burada avtomobilin parametrlərindən daha çox onun təqdimatı maraqlıdır.
Qeyri-adi elanı təqdim edirik:
Qayınatan sənə güvənmir? Kişini hələ də balığa aparmamısan? Qayınanan sənin maşınına deyil, "Prius"a minir??? Dodağı boyalı xanımlar öz avtomobillərindən sənə yuxarıdan aşağı baxır??? Sənə işdə əfəl və fərsiz deyirlər???? Heç kimi qınama, təqsir sənin özündədir….
Əfsanə qayıdır….
Diqqətlə oxu və gec də olsa seçimini et! İmicin öz əlindədir bəsdir məzəmmət çəkdin!!!!
Tarixçə, Avtomobilin ilk sahibi yapon əsilli nüvə professoru , ATOM KARİNCA laureatı SOKASAN YAŞAMA olub, borcu olub satıb mənə.
“Avtomovil Bata-Batda batıb, Babadağda, aşıb, Kürdəmirdə yanıb, Qobustanda lavaya düşüb” kimi sözlərlə zəng edib dəng etməyin! Hündür dağların dəstəboy fatehi, sahibini utandırmaz, utandırsa da üzünü qızartmaz olan əsil HİPOPOTAM! Nissan Pathfinder (OBSY- Odda Yanmaz, suda Batmaz) satılır. Bu maşının xeyir-duasını elimizin o başından bu başına, yuxularımızın qənimi olan, ağ paltarlı, ağ saqqalı, ağ çomaqlı, ağ krassovkalı kişi verib. Yaxın gəl! Almasan da toxun, xəyal et...
A TOBA maşında bir dəfə də olsun nalayiq söz deyilibsə, ancaq CAN deyib CAN eşidilib…
Bəyən, paylaş ( 40 nəfərə göndər) savaba bat! Endirim Ciddi "FACECONTROL" sonrası ola bilər…".

Qeyd edək ki, avtomobilin sahibi Trend agentliyinin redaktoru Rufiz Hafizoğludur.

Məlik
Demokrat.az


