“Ermənistanla heç bir halda danışıqlar yoluyla hər hansı bir məsələnin həllinə nail olmaq mümkün deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya sədri bildirib ki, Ermənistan sivil qaydalardan, danışıqlardan, sülhdən anlayışı olmayan bir ölkədir:
“Ermənistan heç bir zaman razılaşmalara, müqavilələrə, danışıqlara əməl etməyib. Ermənistanın anladığı yeganə dil silah və güc dilidir. O baxımdan istər Brüsseldə, istərsə də Moskvada keçirilən görüşləri o dərəcədə əhəmiyyətli hesab etmirəm. Çünki bunların sözünə etibar etmək olmaz, o cümlədən də etimad göstərmək olmaz. Bilirisiniz ki, Brüssel görüşündən sonra nəinki münaqişəli ərazilərdə, artıq dövlət sərhəddində də atışmalar olur. Yaxud da, Paşinyan görüşün səhərisi gün status məsələsini qaldırır, Azərbaycan tərəfinin danışdığı söhbətlərin boş söhbətlər olduğunu qeyd edir. Belə insanlar güvənsiz insanlardır! Biz hər zaman, hər an hərbi əməliyyatları bərpa edib, antiterror əməliyyatı keçirmək, dövlətin təhlükəsizliyini hesabına təmin etmək xəttini tutmalıyıq. Əgər görüşlər və danışıqlarla nəyinsə həllinə nail olunsaydı, 30 il ərzində 44 günlük müharibəyə qədər heç olmasa bir qarış torpaq işğaldan azad olunardı. Ancaq göründüyü kimi, buna nail olunmadı. Bu da ermənilərin xislətindən irəli gəlir və onların sülhdən heç bir anlayışının olmadığını göstərir”.
Aynurə Pənahqızı
Demokrat.az


